Aleksandr Səmədov Bakıdakı finalın səfiri seçildi

Aleksandr Səmədov Bakıdakı finalın səfiri seçildi
  20 Aprel 2019    Oxunub:2134
UEFA Avropa Liqasının bu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, həmin şəxs Rusiyanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur.

Qeyd edilib ki, Səmədov UEFA Avropa Liqası 2019-un final oyununun səfiri kimi aprelin 20-21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.

Azvision.az



Teqlər: Avropa-Liqası   Final   Bakı  





Xəbər lenti