Topaz Premyer Liqasında 25-ci tura yekun vurulur

  19 Aprel 2019    Oxunub : 880
Topaz Premyer Liqasında 25-ci tura yekun vurulur
Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
Azvision.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Digər görüşdə isə “Neftçi” “Sabah”ın qonağı olacaq.

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda “Qarabağ” “Keşlə”ni 3:0 hesabı ilə məğlub edib, “Sumqayıt” isə öz meydanında “Səbail”ə (1:2) uduzub.

Azvision.az

Teqlər: Topaz   Liqa