Avroliqada yarımfinalçılar müəyyənləşir

Avroliqada yarımfinalçılar müəyyənləşir
  18 Aprel 2019    Oxunub:1742
Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, bununla da turnirin yarımfinalçıları bəlli olacaq.

"Napoli" ilk görüşdə 2:0 hesabı ilə məğlub olduğu "Arsenal"ı qonaq edəcək. "Vilyareal" evdə 1:3 uduzduğu "Valensiya"nın qonağı olacaq.

"Benfika" evdə 4:2 üstün olduğu "Ayntraxt"la səfərdə münasibətlərə aydınlıq gətirəcək. "Çelsi" isə Londonda "Slaviya" ilə üz-üzə gələcək. "Zadəganlar" Çexiyadakı görüşdə minimal hesabla qalib gəlib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Avroliqa   Futbol  





Xəbər lenti