Çempionlar Liqasında 1/4 finalın cavab oyunları

Çempionlar Liqasında 1/4 finalın cavab oyunları
  16 Aprel 2019    Oxunub:1691
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.
AzVision.az xəbər verir ki, keçiriləcək iki görüşlə ilk yarımfinalçılar bəlli olacaq.

"Barselona" öz meydanında "Mançester Yunayted"lə qarşılaşacaq. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazanan kataloniyalılar böyük üstünlük əldə edib.

Digər matçda isə "Yuventus"və "Ayaks" münasibətlərinə aydınlıq gətirəcəklər. Hollandiyada keçirilən qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alındığından Turin təmsilçisi növbəti mərhələyə daha yaxındır.

Qeyd edək ki, hər iki oyunun start fiti Bakı vaxtı ilə 23:00-da çalınacaq,

Kənan Məmmədov
AzVision.az


Teqlər: UÇL   Futbol  





Xəbər lenti