Ayan çempiondan 8 saniyə geri qaldı

Ayan çempiondan 8 saniyə geri qaldı
  15 Aprel 2019    Oxunub:1701
Ölkəmizin şosse velosipedi üzrə gənc qızlardan ibarət yığma komandasının üzvü Ayan Xankişiyeva Hollandiyanın Brakel şəhərində keçirilən “Omloop van het Munnikenland” kriteriumunda çıxış edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Azvision.az -a verilən məlumata görə, 83 velosipedçinin mübarizə apardığı yarışın iştirakçıları arasında gənclərlə yanaşı, U23 və Elit kateqoriyasının təmsilçiləri də olub.

7,5 km-lik marşrut boyunca 5 dövrə vuran velosipedçilərin mübarizəsində Ayan 1 saat, 1 dəqiqə, 57 saniyə göstərici ilə finiş xəttini 23-cü keçib və çempiondan 8 saniyə geri qalıb.



Azvision.az


Teqlər: Velosiped   Yarış   Hollandiya  





Xəbər lenti