Məşhur futbolçuya ağır itki üz verib

Məşhur futbolçuya ağır itki üz verib
  14 Aprel 2019    Oxunub:1952
Türkiyənin “Beşiktaş” futbol klubunun hücumçusu Burak Yılmazın nənəsi vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə futbolçu “Başakşəhər”lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu həftə mənim üçün ağır keçdi. Nənəmi itirdim. Bu gün anamın yanına gedəcəyəm. Bu, ona nə dərəcədə təsəlli olar, bilmirəm. Amma vurduğum qolu ona həsr edirəm”. - B.Yılmaz bildirib.

Qeyd edək ki, Burak Yılmaz ötən gün keçirilən “Beşiktaş” və “Başakşəhər” qarşılaşmasında komandasının qələbə qolunu vurub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Super-Liqa   Burak-Yılmaz  





Xəbər lenti