Ermənini məğlub edən güləşçimiz medal qazandı

  13 Aprel 2019    Oxunub : 2313
 Ermənini məğlub edən güləşçimiz medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
Azvision.az xəbər verir ki, bürünc mükafat uğrunda meydana çıxan T. Məmmədov 63 kq çəki dərəcəsində erməni güləşçi ilə qarşılaşıb. Slavik Qalstyanı 6:2 hesabı ilə məğlub edən Azərbaycan idmançısı Avropa çempionatında ilk medalını qazanıb.

Təsnifat - Taleh Məmmədov - Donior İslamov (MDA) 8:3
1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (ROU) 8:7
1/2 final - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:5
Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 6:2

Azvision.az

Teqlər: Güləş