Eldəniz Əzizli bürünc medal qazanıb

  13 Aprel 2019    Oxunub : 1368
Eldəniz Əzizli bürünc medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışda Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edən dünya çempionu Eldəniz Əzizli bürünc medal uğrunda türkiyəli idmançıyla güləşib. Rəqibi Şərif Kılıcı məğlub edən Əzizli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, Eldəniz Əzizli yarımfinalda Rusiya güləşçisinə məğlub olub.

Azvision.az

Teqlər: Eldəniz-Əzizli