Amerikalı turisti döyən azərbaycanlı futbolçu: “Xəcalət çəkirəm”

  Amerikalı turisti döyən azərbaycanlı futbolçu:   “Xəcalət çəkirəm”
  12 Aprel 2019    Oxunub:2737
"Günahımı etiraf edirəm, aqressiv davrandım. Zərərçəkəndən üzr istəyirəm"

Azvision.az xəbər verir ki, bunu Moskvanın "Spartak" klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev amerikalı turisti döyməsi ilə bağlı açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi etdiyi hərəkətə görə utandığını və klubundan üzr istədiyini bildirib: "Məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubumdan üzr istəyirəm. Komandamızın azarkeşləri qarşısında isə xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq".

Qeyd edək ki, A.Quliyev ötən gün Moskva küçələrinin birində amerikalı turisti döyüb.

Azvision.az



Teqlər: Azay-Quliyev  





Xəbər lenti