“Barselona” qalib gəldi, “Yuventus”dan heç-heçə - VİDEO

“Barselona” qalib gəldi, “Yuventus”dan heç-heçə -   VİDEO
  11 Aprel 2019    Oxunub:3062
Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçirilib.
Azvision.az xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması İngiltərədə baş tutub.

1/8 finalda PSJ-ni yarışdan uzaqlaşdıran "Mançester Yunayted" öz meydanında "Barselona"nı qəbul edib. Maraqlı epizodlarla yadda qalan görüş qonaqların minimal (0:1) hesablı qələbəsilə yekunlaşıb.



Günün digər oyununda isə qalib müəyyənləşməyib. Belə ki, "Ayaks" doğma azarkeşlər önündə "Yuventus"la heç-heçə (1:1) edib.



Qeyd edək kİ, komandalar arasında cavab qarşılaşmaları aprelin 16-da olacaq.

Azvision.az



Teqlər: Barselona   Yuventus  





Xəbər lenti