Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, 79 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi, Rusiya təmsilçisi Ahmed Hacımaqomedov yarışöncəsi zədələnib. Həkimlər idmançının yarımfinalda aldığı zədə səbəbindən həlledici görüşə çıxmasına icazə verməyiblər. Yarışın qaydalarına əsasən, Azərbaycan güləşçisi çempion elan edilib.
Qeyd edək ki, bundan əvvəl Nurməhəmməd Hacıyev (97 kq) və Mahir Əmiraslanov (57 kq) təsəlliverici görüşlərdə qalib gəldiyinə görə, onlar da medal görüşünə çıxacaq. Final görüşləri Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Azvision.az