Çempionlar Liqasında 1/4 final başlayır

Çempionlar Liqasında 1/4 final başlayır
  09 Aprel 2019    Oxunub:2036
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Azvision.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

"Liverpul" öz meydanında "Portu"nu qəbul edəcək. Digər qarşılaşmada isə İngiltərə klubları üz-üzə gələcək. "Mançester Siti" səfərdə "Tottenhem"in qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UCL   Futbol  





Xəbər lenti