Karlsen “Shamkir Chess” superturnirinin qalibi oldu

  08 Aprel 2019    Oxunub : 1112
Karlsen “Shamkir Chess” superturnirinin qalibi oldu
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin səkkizinci turunda qalib müəyyənləşib.
Azvision.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen turnirin başa çatmasına bir tur qalmış “Shamkir Chess” superturnirində dördüncü çempionluğunu qazanıb.

O, rusiyalı Sergey Karyakini məğlub edərək xallarının sayını 6-ya çatdırıb. Onun ən yaxşı izləyicisi olan Karyakinin 4,5 xalı var.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Azvision.az

Teqlər: Karlsen   Şahmat