“Neftçi”dən növbəti qələbə

“Neftçi”dən növbəti qələbə
  07 Aprel 2019    Oxunub:2090
Bu gün Topaz Premyer Liqasında 23-cü turun daha bir görüşü keçirilib.
Azvision.az xəbər verir ki, günün ikinci matçında lider "Neftçi" "Zirə"ni qəbul edib. Maraqlı epizodlarla yadda qalan qarşılaşma "Neftçi"nin 4:2 hesablı qələbəsilə başa çatıb.

Xallarının sayını 51-ə yüksəldən Roberto Bordinin komandası turnir cədvəlində vahid liderliyini qoruyub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti