Azərbaycan-Estoniya oyununun hakimi dəyişdi

Azərbaycan-Estoniya oyununun hakimi dəyişdi
  04 Aprel 2019    Oxunub:2917
Aprelin 6-da qadın futbolçulardan ibarət Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatında dəyişiklik edilib.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, Rza Məmmədov zədəli olduğuna görə, Gülyana Özcan köməkçi-hakim funksiyasını yerinə yetirəcək.

Matçın baş hakimi Əliyar Ağayev olacaq. Baş hakimə G.Özcan ilə yanaşı, Zeynal Zeynalov da kömək edəcək. Matçın dördüncü hakimi Yuliya Qurbanova olacaq.

Qeyd edək ki, komandalar arasında aprelin 3-də keçirilən ilk yoldaşlıq oyununda Estoniya millisi 1:0 hesabı ilə qalib gəlib.

Azvision.az


Teqlər: AFFA   UEFA  





Xəbər lenti