Dispanserdən qaçan xəstə Bakıda qadına hücum etdi

Dispanserdən qaçan xəstə Bakıda qadına hücum etdi
  19 Noyabr 2013    Oxunub:1576
Maştağadan qaçan dəlilərdən biri Suraxanıda qadına hücum etdi
Ötən şənbə günü Bakının Maştağa qəsəbəsindəki ruhi əsəb dispanserindən qaçan və müxtəlif cinayətlərdə ittiham olunan şəxslərdən biri Suraxanı rayonu ərazisində qadına hücum edib.

AzVision.az virtualaz.org - a istinadən xəbər verir ki, rayon sakinlərindən birinin verdiyi məlumata görə, insident noyabrın 17-də axşam saatlarında baş verib.

Rayonun Yeni Ramana qəsəbəsində, S.Əliyev massivindəki yaşayış evlərinin birində körpə uşağı ilə birlikdə evdə tək olan qadın psixi xəstənin hücumuna məruz qalıb. Hücum edən şəxs ev işləri ilə məşğul olan qadını qəflətən boğmağa başlayıb. O, cinayətkarın əlindən zorla qurtula bilib və qonşuları köməyə çağırıb. Səs-küyə qonşuların gəldiyini görən cinayətkar qaçıb.

Məlumata görə, qadının azyaşlı uşağı hadisədən şok keçirib. Hadisə barədə polisə müraciət edilib-edilmədiyi barədə dəqiq məlumat yoxdur.

Xəbər verildiyi kimi, ötən həftə Maştaga ruhi-əsəb dispanserindən müxtəlif cinayətlərdə ittiham olunan 4 ruhi xəstə qaçıb. Qaçarkən onlar xəstəxananı mühafizə edən polisə xəsarət yetiriblər. Qaçanlar Bakının Binəqədi rayon sakini Tural Abbasov, Xırdalan qəsəbəsinin sakini Elvin Nəsrullayev, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun sakini Yusif Məhərrəmov, habelə Razim Hacıyevdir. Onlar oğurluq və oğurluq yolla əldə edilmiş əmlakın satılması ilə bağlı cinayətlərdə ittiham olunurlar.

Polis qaçanların axtarışını davam etdirir, DİN-in məlumatına görə, onların heç biri yaşadıqları ünvana qayıtmayıb. Hadisədən sonra Sabunçu rayon mühafizə polisinin əməkdaşı Rəşad Həsənov yaşadığı evdə intihar edib. Onun Maştağa ruhi-əsəb dispanserinin mühafizəsində işlədiyi bildirilir.


Teqlər:  





Xəbər lenti