Rafael Ağayev finalda uduzdu
Finaladək 4 döyüş keçirən Ağayev Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0, Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda qaşından yüngül zədə alan idmançımız bu gün baş tutan həlledici qarşılaşmada italiyalı Luici Busa ilə görüşüb. 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə rəqibinə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, bu, Rafael Ağayevin qitə çempionatlarında 20-ci medalıdır. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var.
Azvision.az
Teqlər: