Topaz Premyer Liqası: 22-ci turun hakim təyinatları

 Topaz Premyer Liqası:  22-ci turun hakim təyinatları
  27 Mart 2019    Oxunub:2982
Futbol üzrə Topaz Premyer Liqasının 22-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Azvision.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, martın 30-da turun açılış görüşü Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq. “Zirə” – “Səbail” oyununu Vüqar Həsənli idarə edəcək.

Həmin gün keçiriləcək "Keşlə” – “Neftçi” görüşünün əsas hakimi Əliyar Ağayev olacaq. Görüş "ASK Arena" stadionunda oynanılacaq.

Aprelin 1-də “Qəbələ” – “Sabah” görüşünün əsas hakimi Rauf Cabbarov olacaq. Həmin görüş Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Turun sonuncu görüşü “Kapital Bank Arena”da keçiriləcək. “Sumqayıt” – “Qarabağ” oyununda baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” – “Səbail” oyunu saat 16:00-da, "Keşlə” – “Neftçi” görüşü saat 18:30-də, “Qəbələ” – “Sabah” saat 14:00-da, “Sumqayıt” – “Qarabağ” qarşılaşması isə 18:30-da başlayacaq.

Azvision.az


Teqlər: Topaz   PFL  





Xəbər lenti