Ağır yol qəzası ailə faciəsi ilə nəticələndi

Ağır yol qəzası ailə faciəsi ilə nəticələndi
  18 Noyabr 2013    Oxunub:1344
Şəkidə ağır yol qəzası bir ailənin faciəsi ilə nəticələndi.
Şəki ərazisində ağır yol qəzası nəticəsində bir ailənin üç üzvü xəsarət alıb, biri isə dünyasını dəyişib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəkinin Aşağı Göynük kənd sakini Zamanov Süleyman Zəkəriyyə oğlu idarə etdiyi "44-BB-104" dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirb və avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı - 1982-ci il təvəllüdlü Salamova Ülviyyə Süleyman qızı, azyaşlı uşaqları - 2007-ci il təvəllüdlü Zamanov Zəkəriyyə Süleyman oğlu və 2006-cı il təvəllüdlü Zamanova Şahzadə Süleyman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Salamova Ülviyyənin həyatını xilas etmək mümkün olmayıb.

Polisdən verilən məlumata görə, hadisə zamanı Balakən rayon sakini Osmanov Elşən Əliyar oğlu idarə etdiyi "90-XA-955" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə Zamanov Süleymanın idarə etdiyi avtomobili ötmək istəyib. Lakin ötmə əməliyyatını yerinə yetirə bilmədiyindən "VAZ-2106"-nı qrunt yola çıxmağa məcbur edib. Bu zaman "VAZ-2106"-nın sürücüsü idarəetməni itirərək avtomobili aşırıb.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.


Teqlər:





Xəbər lenti