Konor Makqreqor karyerasını başa vurdu

  26 Mart 2019    Oxunub : 1910
Konor Makqreqor karyerasını başa vurdu
Qarışıq döyüş növləri üzrə irlandiyalı idmançı Konor Makqreqor karyerasını başa vurub.
Azvision.az xəbər verir ki, bu barədə o, "Tvitter" hesabında məlumat verib. 

"Uşaqlar, təcili elan. Bu gün mən qarışıq döyüş sənəti kimi tanınan idman növündən getməyə qərar verdim. Bütün keçmiş həmkarlarıma uğurlar arzu edirəm və artıq təqaüdə çıxıram", - Konor yazıb.

Qeyd edək ki, Konor son döyüşündə rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub.

Azvision.az

Teqlər: Konor