Millimiz qrupda son oyununa çıxır

Millimiz qrupda son oyununa çıxır
  26 Mart 2019    Oxunub:2665
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, futbolçularımız rumıniyalı həmyaşıdları ilə qarşılaşacaq. “Kuban” stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Qrupun digər oyununda isə Rusiya və İrlandiya yığmaları üz-üzə gələcəklər və görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu qrupda İrlandiya seçməsi final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etdiyindən hər iki oyun formal xarakter daşıyır.

Azvision.az


Teqlər: Futbol  





Xəbər lenti