Bakı Metropoliteni yeni nəsil vaqonlar alacaq

Bakı Metropoliteni yeni nəsil vaqonlar alacaq
  17 Noyabr 2013    Oxunub:2304
İlin sonunadək Bakı Metropoliteni ilə Rusiyanın “Transmaşholdinq” şirkəti arasında 15 yeni vaqonun alınması haqqında saziş imzalanacaq.

Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib ki, yeni vaqonlar Azərbaycana 2014-cü ilin yanvar-fevral aylarında çatdırılacaq. Həmin vaqonlardan Bakı metrosunun yeni “Bənövşəyi” xəttinin işə salınması çərçivəsində istifadə olunması planlaşdırılır.

Bundan əvvəl “Transmaşholdinq”lə imzalanan müqaviləyə əsasən Bakıya sınaq üçün beş vaqon göndərilmişdi. Yarım il ərzində onlardan maşinistlərin təlimi üçün istifadə edilib.


Teqlər:





Xəbər lenti