Bu gün “Avro-2020” seçmə mərhələsinin ikinci turuna start verilir

 Bu gün “Avro-2020” seçmə mərhələsinin ikinci turuna start verilir
  24 Mart 2019    Oxunub:2436
Martın 24-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin ikinci turuna start veriləcək.
Azvision.az xəbər verir ki, ikinci turun ilk günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək. Azərbaycan millisi yer aldığı “E” qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcək. Azərbaycan yığması reqlamentə əsasən bu oyunu buraxacaq. İlk turda Slovakiya Macarıstana 2:0, Xorvatiya isə Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.

Günün mərkəzi oyunu “C” qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda “narıncılar” Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

“G” qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Günün bütün oyunları aşağıdakılardır:

“C” Qrupu

23:45. Şimali İrlandiya – Belarus
23:45. Hollandiya - Almaniya

“E” Qrupu

18:00. Uels – Slovakiya
21:00. Macarıstan - Xorvatiya

“G” Qrupu

21:00. İsrail – Avstriya
23:45. Sloveniya – Makedoniya
23:45. Polşa - Latviya

“İ” Qrupu

18:00. Qazaxıstan – Rusiya
21:00. San-Marino – Şotlandiya
23:45. Kipr - Belçika


Azvision.az


Teqlər: Azərbaycan   “Avro-2020”   Avropaçempionatı  





Xəbər lenti