UEFA-dan Əliyar Ağayevə yeni təyinat

  22 Mart 2019    Oxunub : 1182
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Polşa – Latviya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək.

Azvision.az

Teqlər: AFFA   FİFA   Əliyar-Ağayev