Azərbaycan millisi Xorvatiyaya qarşı

  21 Mart 2019    Oxunub : 1305
 Azərbaycan millisi Xorvatiyaya qarşı
Bu gün futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

Azvision.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq.
“Maksimir” stadionunda baş tutacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimizin yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edəcək.

Azvision.az

Teqlər: AÇ-2020