Boksçumuz Avropa çempionatının finalına çıxdı

Boksçumuz Avropa çempionatının finalına çıxdı
  17 Mart 2019    Oxunub:2042
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsi başa çatıb.
Azvision.az xəbər verir ki, bu mərhələnin ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü rinqə çıxıb.

Yığmamızın liderlərindən Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) gücünü yoxlayıb. Boksçumuz böyük hesabla qalib gələrək (5:0) finala vəsiqə qazanıb. O, həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gələcək.

M.Abdullayevdən fərqli olaraq, Cəbrayıl Yelekov (81 kq) yarımfinalda mübarizəni dayandırıb. O, Aleksandr Poxrebnyakla (Ukrayna) çətin keçən görüşdə 2:3 hesabı ilə məğlub olub. Nəticədə, Yelekov qitə birinciliyini üçüncü yerdə başa vurub.

Bu, Azərbaycan millisinin Vladiqafqazda qazandığı ikinci bürünc medal olub. C. Yelekovdan əvvəl Rüfət Hüseynov (49 kq) da turniri üçüncü pillədə başa vurub.

Avropa çempionatının final görüşləri bu gün keçiriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti