Türklərin ailə qurduğu əcnəbilər: azərbaycanlılar liderdir

Türklərin ailə qurduğu əcnəbilər: azərbaycanlılar liderdir
  16 Noyabr 2013    Oxunub:1506
Türk vətəndaşları ilə ailə quran əcnəbilərin yeni statistikası açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, Türkiyə vətəndaşları ilə ən çox ailə quranlar azərbaycanlılardır.

Belə ki, Trabzon şəhərində 2013-cü ilin ilk 10 ayında 668 nikah kəsilib. Həmin nikahlardan 45-i isə əcnəbilərlə kəsilən nikahdır. Statistikada böyük üstünlük soydaşlarımıza məxsusdur.

Azərbaycan vətəndaşlarından sonra Rusiya, Gürcüstan, Ukrayna və Almaniya vətəndaşları türklərlə evlənmək istəyənlər sırasındadır.

Qeyd edək ki, 2011-ci ildə 1294 azərbaycanlı qız Türkiyəyə gəlin köçüb. 2632 türk oğlan alman vətəndaşı ilə ailə qurub. Daha sonra ikinci yerdə rus gözəlləri durur. 1522 rus qızı Türkiyənin gəlini olub. Üçüncü yerdə 1483 nəfərlə suriyalılar durur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti