İstirahət günü hava müjdəsi

İstirahət günü hava müjdəsi
  16 Noyabr 2013    Oxunub:1156
Hava əsasən yağmursuz keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 17-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti olacaq.
Noyabrın 17-də Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacağı, şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti