Kürdəmirdə dəhşətli qəza

Kürdəmirdə dəhşətli qəza
  16 Noyabr 2013    Oxunub:1441
Kürdəmirdə dəhşətli qəza: qaz idarəsinin iki işçisi öldü.
Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax yolunun 168-ci kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Bığır kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Feruz Valeh oğlunun idarə etdiyi 90-FD-051 dövlət nömrə nişanlı VAZ 2107 markalı maşın qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədov Asif Mehdi oğluna məxsus 21-BD-751 dövlət nömrə nişanlı KamAZ markalı yük maşınının arxa tərəfinə çırpılıb. Hadisə nəticəsində VAZ 2107 markalı maşının sürücüsü Feruz Həsənov və sərnişini, 1959-cu il təvəllüdlü Qurbanov Əzim Hümbət oğlu aldığı ağır xəsarətlər səbəbindən ölüb.

Qeyd edək ki, ölən Əzim Qurbanov “Azəriqaz” İstehsalat Birliyinin Göyçay rayon Qaz İstismar İdarəsinin təbii qazın qəbulu və satışı şöbəsinin rəisi, Feruz Həsənov isə həmin idarənin mühəndisi vəzifəsində çalışırdı.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti