Zidan yenidən “Real”ın baş məşqçisi təyin olundu - Yenilənib

  11 Mart 2019    Oxunub : 2055
 Zidan yenidən “Real”ın baş məşqçisi təyin olundu - Yenilənib
Zinəddin Zidan yenidən “Real Madrid” klubunun baş məşqçisi təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi “Twitter” səhifəsinə məlumat yerləşdirilib.

Qərar idarə heyətinin iclasından sonra elan edilib. “Real Madrid”in Zidanın rəhbərliyi ilə ilk məşqi martın 12-də keçiriləcək.

***
İspaniyanın "Real Madrid" klubu Zinəddin Zidanla razılığa gəlib.

Azvision.az xəbər verir ki, bu barədə İspaniyanın "La Sexta" telekanalı məlumat yayıb. İddia edilir ki, klubun prezidenti Florentino Peres danışıqlardan sonra fransalı mütəxəssisi geri qayıtmağa razı sala bilib.

Zidanın təyinatı ilə bağlı rəsmi məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018-ci illərdə "Real"a baş məşqçilik edib. "Kral klubu" onun rəhbərliyi ilə ardıcıl üç dəfə Çempionlar Liqasının, bir dəfə La Liqanın qalibi olub.

Azvision.az

Teqlər: Real   Zidan