Gəncədə yaşayış binasında partlayış

Gəncədə yaşayış binasında partlayış
  16 Noyabr 2013    Oxunub:1157
Gəncədə yaşayış binasında partlayış olub.
Gəncədəki yaşayış binalarından birində yerləşən mənzildə partlayış baş verib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, hadisə Atatürk prospekti, 247 ünvanında yerləşən 6A saylı binada, Cavanşir Əliyevə məxsus mənzildə qeydə alınıb. Nəticədə 3 otaqlı mənzilin 2 otağına ciddi ziyan dəyib.

Hadisə yerinə təcili yardım maşını və yanğınsöndürənlər cəlb olunub. Mənzildə təmir aparıldığından yaşayış olmayıb. Həmin vaxt içəridə olan 2 usta isə xəsarət almayıb.

Qəflətən baş verən hadisə ilə bağlı polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır.


Teqlər:





Xəbər lenti