Messi yenidən milliyə çağırıldı

Messi yenidən milliyə çağırıldı
  08 Mart 2019    Oxunub:2666
"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yenidən Argentina millisinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, Messi Venesuela və Mərakeşlə yoxlama oyunları üçün yığmaya dəvət edilib. Bununla da, 31 yaşlı hücumçu Dünya Çempionatından sonra ilk dəfə millidə oynayacaq.

Qeyd edək ki, Messi bir müddət yığmada oynamaq istəmədiyini demişdi.

Azvision.az



Teqlər: Argentina   Milli  





Xəbər lenti