Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı
  07 Mart 2019    Oxunub:2106
Azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb.
Həmyerlimiz turnirin dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Trefl” (Polşa)-“Zenit” (Kazan, Rusiya) görüşünün baş hakimi olacaq. Ona slovakiyalı Blaz Markelj kömək edəcək.

“Trefl”-“Zenit” oyunu martın 13-də Polşanın Qdansk şəhərindəki “Hala Ergo Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü martın 19-da Kazanda təşkil olunacaq.

Azvision.az



Teqlər: Çempionlar-Liqası  





Xəbər lenti