Bakıda ilk dəfə - Avropa çempionatı keçiriləcək

   Bakıda ilk dəfə    - Avropa çempionatı keçiriləcək
  05 Mart 2019    Oxunub:2168
Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq.

Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Qeyd edək ki, 23 ölkədən gimnastların çıxış edəcəyi çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azvision.az



Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti