“El-Klassiko”nu “Barselona” qazandı

“El-Klassiko”nu “Barselona” qazandı
  03 Mart 2019    Oxunub:2821
İspaniya La Liqasında 26-cı turun mərkəzi oyunu keçirilib.
Azvision.az xəbər verir ki, “Real Madrid” klubu əzəli rəqibi “Barselona” ilə qarşılaşıb.

“Santiaqo Bernabeu” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 26-cı dəqiqədə İvan Rakitiç vurub.

Qeyd edək ki, "Barselona" 60 xalla turnir cədvəlinə liderlik edir. "Atletiko" 50 xalla 2-ci, "Real" isə 48 xalla 3-cüdür.

Azvision.az



Teqlər: Barselona  





Xəbər lenti