bp-də azərbaycanlı kadrlar artacaq

bp-də azərbaycanlı kadrlar artacaq
  15 Noyabr 2013    Oxunub:1260
Bu gün ARDNŞ, "BP-Azərbaycan" şirkəti və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi" mövzusunda tədbir keçirilib.
Görülən işlərdən ətraflı bəhs edən R.Abdullayev istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, təhsildə fərqlənən tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi istiqamətində həyata keçirilən işlər haqqında danışıb. R.Abdullayev bildirib ki, ARDNŞ strateji istiqamətdə neft-qaz sektoru kontingentinin milliləşdirilməsini, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım gələn mütəxəssislərin Azərbaycanda, daxili qüvvələr hesabına hazırlanmasını əsas hədəf götürüb.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Birrell bildirib ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işlər aparılır. Həm hökumət, həm də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır.

Sonra sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə BP və ARDNŞ arasında üç əməkdaşlıq sənədi - "BP-nin idarə etdiyi layihələrə cəlb edilmiş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair ARDNŞ və BP arasında protokol", "Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq barədə ARDNŞ ilə BP arasında anlaşma memorandumu" və "Bakı Ali Neft Məktəbində təhsil sahəsində əməkdaşlığa dair ARDNŞ ilə BP arasında anlaşma memorandumu" imzalanıb.


Teqlər:





Xəbər lenti