Özlərini kəsən məhbuslarla bağlı rəsmi AÇIQLAMA

Özlərini kəsən məhbuslarla bağlı rəsmi AÇIQLAMA
  15 Noyabr 2013    Oxunub:1325
Penitensiar Xidmət məhkumların özlərinə ülgüclə xəsarət yetirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 17 saylı çəzaçəkmə müəssisəsində saxlanılan beş nəfər məhkum müəssisə rəhbərliyi qarşısında qanunazidd tələblər irəli sürüblər. Penitensiar Xidmətin əməliyyat qrupu dərhal çəzaçəkmə müəssisəsinə yollanıb və müəssisə rəhbərliyi ilə birgə məhkumlara hüquq və vəzifələri yenidən geniş izah edilib və onlardan daxili intizam qaydalarına riayət olunması tələb olunub.

Həmin 5 məhkum onlarla aparılmış söhbətlərdən nəticə çıxarmayıb, qanunazidd tələblərindən dönməyib, müəssisə əməkdaşlarına təzyiq vasitəsi kimi istifadələrində olan üz qırxılması üçün nəzərdə tutulmuş birdəfəlik ülgüclərlə özlərinə yüngül bədən xəsarəti yetiriblər.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhkumlara ilkin tibbi yardım göstərilib və onlar digər məhkumlardan təcrid ediliblər. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində şərait sabitdir.

Penitensiar Xidmət bildirir ki, gələcəkdə də Daxili İntizam Qaydalarına zidd, habelə cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.


Teqlər:





Xəbər lenti