Millət vəkilindən sosial yardımla bağlı maraqlı təklif

Millət vəkilindən sosial yardımla bağlı maraqlı  təklif
  14 Noyabr 2013    Oxunub:1265
“2006-cı ildən etibarən dövlət əhalinin ən az təminatlı kateqoriyasına pul şəklində sosial yardımlar edir. Təxminən ildə 200 milyon manatdan çox vəsait bu məqsədlə xərclənir. Təbii ki, hökumətin bu addımı təqdir olunur. Lakin bu yardımın səmərəlilik və davamlılıq əmsalına yenidən baxmaq lazımdır”. Bu sözləri millət vəkili Azay Quliyev AzVision.az-a açıqlamasında deyib.

Millət vəkili təklif edib ki, bu pullar bir fondda cəmləşsin və əhalinin gündəlik ehtiyaclarını qarşılamaq üçün yox, onların kiçik sahibkarlıqla və ya təssərrüfatla məşğul olması məqsədilə verilsin.

- Umumi hesablasaq görərik ki, son 7 ildə 1milyard manata yaxın vəsait sadəcə yardım olaraq əhaliyə verilib və insanlar bir növ bu yardıma adətkar olublar. Əgər bu pullar konkret iş üçün verilsə, o zaman əhalinin həm məşğulluğu artar, həm də vəsait daha rasional xərclənər. Hətta gələcəkdə bu fond vasitəsilə əhalinin az təminatlı hissəsinə faizsiz kreditlərin verilməsini də təmin edə bilər,- deyə Azay Quliyev bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti