Aşura günü 3643 nəfər qan verib - Nazirlik

  14 Noyabr 2013    Oxunub : 672
Aşura günü 3643 nəfər qan verib - Nazirlik
Aşura günü ilə bağlı Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında saat 15:00 olan məlumata görə respublika üzrə 3643 nəfər könüllü olaraq qan verib.
Qanvermə aksiyaları Bakıdakı В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, Təzəpir, Bibi-Heybət, Mir-Mövsüm ağa, Qaraçuxur, İçərişəhər Cümə, Hacı Soltanəli, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunub.

Aksiyalar davam edir.

AzVision.az

Teqlər: