“Fənərbaxça” Avroliqada mübarizəni dayandırdı

“Fənərbaxça” Avroliqada mübarizəni dayandırdı
  22 Fevral 2019    Oxunub:1710
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşləri keçirilib.
Azvision.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" səfərdə Rusiyanın "Zenit" komandası ilə görüşüb.

Qarşılaşma Peterburq klubun 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Zenit" iki oyunun nəticəsinə əsasən, 1/18 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, komandaların İstanbuldaki görüşü "Fənərbaxça"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti