Gəncədə güclü yanğın baş verib

Gəncədə güclü yanğın baş verib
  14 Noyabr 2013    Oxunub:1328
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün saat 21:00 radələrində Gəncənin avtomobil zavodu yaxınlığındakı yaşayış massivində yerləşən mənzillərdən birində güclü yanğın hadisəsi baş verib.

Nəticədə şəhər sakini İbrahimov Vüqar Şahbaz oğluna məxsus iki mərtəbəli evin ikinci mərtəbəsi tamami ilə yanıb.

Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 8 yanğınsöndürən maşını və 10-dan artıq canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilədən sonra alovun qarşısını almaq mümkün olub.

Ev yeni tikili olduğundan yaşayış olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti