QMİ-dən dindarlara Aşura XƏBƏRDARLIĞI

QMİ-dən dindarlara Aşura XƏBƏRDARLIĞI
  13 Noyabr 2013    Oxunub:1154
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sabahki Aşura günü ilə bağlı dindarlara müraciət edib.

QMİ-dən AzVision.az-a verilən məlumata görə, Aşura günü nizam-intizamın təmin edilməsi üçün lazımı addımlar atılacaq.

“Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli,qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”-deyə qeyd edilib.

Qeyd edək ki, sabah Azərbaycanda Aşura günü keçiriləcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti