Azərbaycan hakimləri Türkiyəyə dəvət alıblar

Azərbaycan hakimləri Türkiyəyə dəvət alıblar
  18 Fevral 2019    Oxunub:2857
Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq.

42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək.

Azvision.az


Teqlər: Əliyar-Ağayev  





Xəbər lenti