Rafael Ağayev Dubayda üçüncü oldu

Rafael Ağayev Dubayda üçüncü oldu
  17 Fevral 2019    Oxunub:2029
Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az -a verilən məlumata görə, 19 idmançımızın mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala sahib olub.

Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.

Azvision.az


Teqlər: Rafael-Ağayev  





Xəbər lenti