Cüdoçumuz Romada qızıl medal qazandı

Cüdoçumuz Romada qızıl medal qazandı
  17 Fevral 2019    Oxunub:2473
Romada keçirilən açıq Avropa kubokunun birinci günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulub.
Azvision.az xəbər verir ki, təmsilçimiz Oruc Vəlizadə (60 kq) uğurla çıxış edib.

İdmançımız rusiyalı Həmzət Zairbəyov, fransalı Vinsent Anquest, qazaxıstanlı Bairjan Zauntayev və fransalı Siven Qulen üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə Dauren Syukennovu (Qazaxıstan) məğlub edən cüdoçumuz qızıl medal qazanıb.

Qeyd edək ki, əllidən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı turnirə fevralın 17-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti