Mais Qurbanovu güllələyən qız tutuldu və buraxıldı- VİDEO

Mais Qurbanovu güllələyən qız tutuldu və buraxıldı- VİDEO
  13 Noyabr 2013    Oxunub:1371
Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlıya hücumda şübhəli bilinən qadının 24 yaşı var
Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlı Mais Qurbanova silahlı hücumda şübhəli bilinən şəxs yaxalanıb.

Polis silahla atəş açmaqda şübhəli bilinən qadını ötən gün axşam saatlarında saxlayıb.

"Həyata keçirilən tədbirlər nəticəsində ötən axşam saat 20:00-da (Bakı vaxtı ilə 21:00) Novokosinskaya küçəsi, ev 28-də cinayəti törətməkdə şübhəli bilinən qadın yaxalanıb. O, 1989-cu il təvəllüdlüdür", deyə hüququ mühafizə orqanlarındakı mənbə bildirib.

Rusiya daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib. Lakin bu barədə ətraflı məlumat verilməyib.

M.Qurbanov Novokosino rayonundakı evinin girişində silahlı hücuma məruz qalıb. O, giriş qapısının kodunu yığaraq açmaq istərkən arxadan yaxınlaşan slavyan görünüşlü qız atəş açaraq yoluna davam edib. Yaralı M.Qurbanov isə yaxınlıqdakı kafeyə kimi gedərək kömək istəyə bilib.
Baş verən hadisə binanın təhlükəsizlik kamerası vasitəsilə lentə alınıb.(ans)

***

Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanova atəş açan qız polis tərəfindən saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan 1989-cu il təvəllüdlü qız noyabrın 12-də yerli vaxtla saat 20.00 radələrində Novokosinsk küçəsi, ev 28 ünvanında saxlanıldıqdan sonra başqa yerə getməmək haqqında iltizam alınaraq buraxılıb. Fakt üzrə “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.

Ümumrusiya Azərbaycan Konqresi Mais Qurbanovla bağlı vəziyyəti nəzarətə götürüb. Bunu APA-ya açıqlamasında ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib. M. Qurbanovun milliyyətcə azərbaycanlı olduğunu təsdiqləyən İ. Hacıyev bildirib ki, ÜAK-ın əməkdaşları onunla görüşə gediblər: “Görüşdən sonra Mais Qurbanovla bağlı son durumu açıqlayacağıq”.





Teqlər:  





Xəbər lenti