35 yaşlı futbolçu 55 metr məsafədən qol vurdu - VİDEO

35 yaşlı futbolçu 55 metr məsafədən qol vurdu -  VİDEO
  14 Fevral 2019    Oxunub:3583
Türkiyənin "Trabzonspor" klubunun sabiq futbolçusu Oscar Kardoza mükəmməl qola imza atıb.
AzVision.az xəbər verir ki, futbolçunun mərkəz dairəsinin içərisindən, 55 metr məsafədən endirdiyi zərbə rəqib qapıçı üçün qarşısıalınmaz olub.

Paraqvayın “Libertad” klubunun formasını geyinən 35 yaşlı futbolçu tarixə düşən qolu Libertadores Kubokunda “Strongest”lə qarşılaşmada vurub.

Qeyd edək ki, matç “Libertad”ın 5-1 hesablı qələbəsi ilə yekunlaşıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Futbol   Qol  





Xəbər lenti