ÇL-da 1/8 final davam edir

ÇL-da 1/8 final davam edir
  13 Fevral 2019    Oxunub:1807
Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.
Azvision.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

Turnirin son qalibi "Real" Amsterdamda "Ayaks"ın qonağı olacaq. "Tottenhem" isə öz meydanında Dortmund "Borussiya"sını qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.

Azvision.az


Teqlər: Futbol   ÇL  





Xəbər lenti