Fransalı futbolçu “Zirə”yə keçdi

  11 Fevral 2019    Oxunub : 1174
Fransalı futbolçu “Zirə”yə keçdi
“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağlanıb.

İyirmi yeddi yaşlı oyunçu son olaraq Albaniyanın “Kukesi” klubunda çıxış edib. Tiqrudca bundan başqa, Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında oynayıb. O, “Zirə”də 48 nömrəli forma ilə çıxış edəcək.

Azvision.az

Teqlər: Zirə