Ucar, Göyçay, Ağdaş sakinlərinin nəzərinə!

Ucar, Göyçay, Ağdaş sakinlərinin nəzərinə!
  12 Noyabr 2013    Oxunub:1396
AzVision.az xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayının 15-də saat 10:00-da Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Ucar rayonunda 3-37-77,
Göyçay şəhərində 4-33-33,
Ağdaş rayonunda 5-51-59

nömrəli telefonlara zəng etmələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti